Robertson "Tottenhem"ə keçmək üçün şərt irəli sürüb
Yeniliklərdən dərhal xəbərdar olun
"Liverpul"un müdafiəçisi Endryu Robertson "Tottenhem"in İngiltərə Premyer Liqasında yerini qoruyacağı halda bu kluba keçməyə razıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tərəflər artıq şifahi razılıq əldə edib və müqavilənin detalları üzrə anlaşma təmin olunub.
Şotlandiyalı futbolçu Çempionşipdə çıxış etmək niyyətində deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl "Liverpul"un mətbuat xidməti cari mövsümün sonunda Endryu Robertsonun komandadan ayrılacağını açıqlayıb.
"Tottenhem" klubu turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və 17-ci yerdə olan "Vest Hem"dən 2 xal geri qalır.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...