Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub
"Zirə" komandasının yeni baş məşqçisi bəlli olub.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.
“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: "Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.
Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Mahir Emreli: "Qarabağ"da ən güclü futbolçu odur - MÜSAHİBƏ
Azərbaycan milli komandası və “Qarabağ” klubunun futbolçusu Mahir Emreli "Report”un “Instagram” səhifəsində canlı yayımda sulları cavablandırıb. 23 yaşlı hücumç...