"Real" Betis azarkeşlərindən kimsəsiz uşaqları sevindirəcək sürpriz - VİDEO

Real Betis azarkeşlərindən kimsəsiz uşaqları sevindirəcək sürpriz - VİDEO
Video
İdman 96

İspaniya La Liqasında növbəti tur çərçivəsində keçirilən "Real" Betis - "Real" Sosyedad matçında meydan sahiblərinin azarkeşləri meydançaya oyuncaqlar atıblar.

BAKU.WS xəbər verir ki, "Real" Betis-də ənənəyə uyğun olaraq hər il Milad bayramına görə imkansız uşaqlara kömək etmək üçün meydana oyuncaqlar atılır.

Bu dəfə də keçirilən qarşılaşmada Betis azarkeşləri matçın fasiləsində meydançaya oyuncaqlar atıblar.

Qeyd edək ki, "Real Betis" bu qarşılaşmada qonaqları 4:0 hesabı ilə məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər