"Real" Benzemaya vida matçı təşkil edəcək

Real Benzemaya vida matçı təşkil edəcək
İdman 4

"Real" fransız futbolçu Kərim Benzema üçün vida matçı təşkil edə bilər.

BAKU.WS xəbər verir ki, məlumatı Marca yayıb. Nəşrin iddiasına görə, "Real" futbolçuya hörmət əlaməti olaraq "Santyaqo Bernabeu" stadionunda "Əl-İttihad" klubu ilə yoldaşlıq oyunu keçirə bilər.

Xatırladaq ki, Benzema yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubuna transfer olunmuşdu. Əlcəzair əsilli fransız futbolçu "Kral klubu"nun heyətində 4 dəfə Primeronun, beş dəfə isə Çempionlar Liqasının qalibi olmuşdu. "Əl-İttihad" isə Səudiyyə Ərəbistanının hazırki çempionudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər