İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər
Yeniliklərdən dərhal xəbərdar olun
İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.
"Report" xəbər verir ki, bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.
Onun sözlərinə görə, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların qohumları həbs və işgəncə ilə hədələniblər.
İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.
Qeyd edək ki, İran-ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.
Oxşar xəbərlər
DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada...