Rafael Fiziyevdən UFC-də növbəti qələbə: Rəqibini nokauta saldı - VİDEO

Rafael Fiziyevdən UFC-də növbəti qələbə: Rəqibini nokauta saldı - VİDEO
Video
İdman 1972

MMA döyüşçüsü Rafael Fiziyev ilk dəfə Azərbaycan bağyarğı altında Mütləq Döyüş Çempionatında (UFC) görüşünə çıxıb.

BAKU.WS xəbər verir ki, 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqasda braziliyalı Rafael dus Anyusa qalib gəlib.

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibindən nokautla üstün olub.

Qeyd edək ki, Rafael Fiziyev UFC-də ardıcıl 6-cı qələbəsini qazanıb.

Son xəbərlər