Rafael Fiziyev Bakıda master-klass keçdi - FOTO

Rafael Fiziyev Bakıda master-klass keçdi - FOTO
Foto
İdman 231

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıda master-klass keçib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Renzo Gracie" Akademiyasında baş tutan tədbirə maraq böyük olub.

29 yaşlı idmançı müxtəlif yaş qruplarından olan həmkarları ilə məşq edib, onlara bu idman növünün incəlikləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Rafael Fiziev 1993-cü il martın 5-də Qazaxıstanda anadan olub. “Ataman” ləqəbi ilə tanınan UFC döyüşçüsü hazırda "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir.

Döyüş sahəsində ilk debütünü 2015-ci il iyulun 8-də Sem Bastinə qarşı keçirib və qələbə qazanıb. Rafaelin aktivində ümümilikdə 8 qələbə olub. Mark Diakiese, Aleks Vayt, Nurcan Tutkayev, Nandin Erdene, Seung Yeon Kim, Suray Bahadur, Gündüz Nəbiyev və Sem Bastinə qalib gələn Rafael, yalnız Məhəmməd Mustafayevə məğlub olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər