Rafael Fiziyev Bakıya gəlib - VİDEO

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, 29 yaşlı idmançı bu barədə paylaşım edib.
Fiziyev Fairmont Baku "Flame Towers"dən video yayımlayıb.
Qeyd edək ki, yüngül çəkidə çıxış edən Rafael Fiziyev indiyədək UFC-də keçirdiyi 12 döyüşdə 11 qələbə qazanıb, bir dəfə uduzub.
İdmançı 1993-cü il martın 5-də Qazaxıstanın Korday şəhərində anadan olub. Fiziyev Azərbaycan əsillidir. O, sosial şəbəkələrdə Qarabağda 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycana verdiyi dəstəyi ilə diqqət çəkmişdi.
Rafaelin qardaşları ona Azərbaycanın milli papağını hədiyyə ediblər. O, bu papaqla döyüşlərdən əvvəl keçirilən mətbuat konfranslarına qatılmağı ənənəyə çevirib.
Oxşar xəbərlər
UFC-də döyüşməyə hazırlaşan azərbaycanlı: "Həbib mənə çox kömək etdi" - FOTO/VİDEO
Ötən gün ABŞ-da yaşayan həmyerlimiz, qarışıq döyüş növləri üzrə idmançı Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində keçirilən həlledici turnirdə qələbə qazan...
