Rafael Ağayev yenidən "Karate Combat"da: "Müqavilə imzalamaqdan məmnunuq"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) yenidən "Karate Combat" turnirində çıxış edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə turnirin rəsmi saytı xəbər yayıb. 5 qat dünya və 11 qat Avropa çempionu ilə uzunmüddətli müqavilə imzalanıb.
37 yaşlı idmançı turnirin yaxın aylarda start götürəcək 4-cü mövsümündə mübarizə aparacaq.
Əməkdaşlıqla bağlı fikirlərini bölüşən "Karate Combat"ın prezidenti Adam Kovaç Ağayevi karate üzrə bütün zamanların ən böyük idmançılarından biri hesab edib: "Biz onunla bu yeni müqavilə imzalamaqdan məmnunuq. Çünki olimpiya qələbələrinin impulsunu bizim turnirə gətirir və peşəkar dünya çempionatına can atır".
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. BAKU.WS xəbər verir ki, olimpiada proqramına ilk dəfə salınan karate növünd...