Rafael Ağayev niyə Premyer Liqaya yollanmayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın tanınmış karateçisi Rafael Ağayevin Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərindəki Premyer Liqa turnirində iştirak etməməsinin səbəbi açıqlanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə “Report”a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.
Federasiyası rəhbəri 5 qat dünya və 11 qat Avropa çempionunun öz istəyi ilə yarışa yollanmadığını bildirib: “Rafael Ağayev komandamızın üzvüdür. Zədə olmasa, bu il Avropa çempionatında və İslam Həmrəyliyi Oyunlarında iştirakı planlaşdırılır. O bildirdi ki, Premyer Liqa turnirinin onun üçün böyük əhəmiyyəti yoxdur, həm də tam hazır deyil. Ağayevin yüngül zədəsi də var”.
Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. BAKU.WS xəbər verir ki, olimpiada proqramına ilk dəfə salınan karate növünd...