Qvardiola: "Holand Ronaldoya bənzəyir, Messi isə daha mükəmməldir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hücumçusu Erlinq Holandı ulduz futbolçular Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Sky Sports" məşqçinin dediklərini sitat gətirib:
"Qol vurma keyfiyyətlərinə görə Holand Kriştianoya bənzəyir, lakin Messi daha mükəmməl oyunçudur. Erlinq bilir ki, bu oğlanlar iki onillikdə dominantlıq ediblər, bir və ya iki mövsümdə yox. Onlar titullar qazanıblar, meydanda əllərindən gələni edirlər. Erlinq dünyanın ən çətin liqasına gəlib. Mən başqa liqalarda işləmişəm və buna əsasən deyə bilərəm ki, onun gördüyü işlər inanılmazdır. Amma Messi və Ronaldu səviyyəsinə çatmaq üçün çox çalışmaq lazımdır".
Oxşar xəbərlər
Messinin Ronaldo ilə bağlı verdiyi cavab hər kəsi DUYĞULANDIRDI - VİDEO
Futbol dünyasında ən maraqlı rəqabət sayılan Messi və Ronaldo mübarizəsi meydandan kənarda hörmət və ləyaqəti ilə gündəmdədir. BAKU.WS-in məlumatına görə, Dünya...