Qurban Qurbanovun jesti dünya KİV-lərinin manşetində - FOTO

Qurban Qurbanovun jesti dünya KİV-lərinin manşetində - FOTO
İdman 3938

Ötən gün keçirilən “Qarabağ” - “Marsel” oyununda maraqlı anlar yaşanıb. "Qarabağ"ın hücumçusu İbrahim Vacinin əl ilə rəqibin qapısına vurduğu qolu hakim qeydə alsa da, Qurban Qurbanovun müdaxiləsindən sonra Vaci qolu əli ilə vurduğunu etiraf edib və qol qeydə alınmayıb.

BAKU.WS xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun bu nümunəvi hərəkəti xarici KİV-lərdə böyük rezonans doğurub.

Belə ki, "The Sun", "Eurosport", "Mirror" və "Match TV" kimi dünyanın aparıcı KİV-ləri baş məşqçimizin bu hərəkətini yüksək qiymətləndirib.

Xatırladaq ki, Bakıda oynanılan matç "Qarabağ" klubunun 0:3 məğlubiyyəti ilə yekunlaşıb. Ağdam təmsilçisi bu mövsümlük Avrokuboklarda mübarizəni dayandırıb. Qurban Qurbanov isə bu jesti ilə hələ çox müzakirə olunacaq.

Qurban Qurbanovun jesti dünya KİV-lərinin manşetində - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qurban Qurbanovdan "fair-play" dərsi

Qurban Qurbanovdan "fair-play" dərsi

“Qarabağ” - “Marsel” oyununda maraqlı anlar yaşanıb. BAKU.WS xəbər verir ki, qarşılaşmada "Qarabağ"ın hücumçusu İbrahim Vacinin əl ilə rəqibin qapısına vurduğu...

540 İdman 22:25 24 fevral 2022

Son xəbərlər