Qurban Qurbanovdan Şahruddinlə bağlı qərar: Kobud səhvlərə yol verən qapıçı cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevi cərimələyib.
BAKU.WS "sportinfo.az"a istinadən xəbər verir ki, buna səbəb onun cari avrokuboklar mövsümündə yol verdiyi səhvlərdir.
Belə ki, dağıstanlı qapıçı Çempionlar Liqasında “Rakuv”la keçirilən üçüncü təsnifat mərhələsinin Polşadakı ilk oyununda, həmçinin HİK-lə Finlandiyada baş tutan Avropa Liqasının 3-cü raundunun cavab qarşılaşmasında kobud xətalarla yadda qalıb.
“Şah”ın bir-birinin ardınca yanlışlara yol verməsi baş məşqçi Qurban Qurbanovu hövsələdən çıxarıb.
Təcrübəli mütəxəssis “əlcək sahibi”ni möhkəm danlamaqla yanaşı, onun böyük miqdarda cərimələnməsinə dair rəhbərliyə raport yazıb. Son vaxtlar azarkeşlərin əsəblərini tarıma çəkən Məhəmmədəliyevin “Olimpiya” ilə Avroliqanın pley-off mərhələsinin Sloveniyada keçirilən ilk görüşündə ehtiyatda qalması da bu gedişatla bağlıdır.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK...