Qurban Qurbanov: "Yeni transferlərə ümidlərimiz böyükdür"
Yeniliklərdən dərhal xəbərdar olun
"İlk matçlarda futbolçulara çox da irad bildirmək istəmirəm, çünki idman formalarından uzaq olurlar".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis paytaxt təmsilçisinin fərqli oynadığını bildirib: "Futbolçularımızı tam məlumatlandıra bilməmişdik. Ona görə çatışmazlıqlar var idi. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq".
Yeni transferlərin durumuna da toxunan Qurbanov onların hazırlıq səviyyələrinin digər oyunçulardan aşağı olduğunu söyləyib: "Çünki düşərgəyə gec qoşulmuşdular. Fiziki durumları aşağıdır. Formalarını tam bərpa etmək üçün vaxt lazım olacaq. Oyun bir qədər sönük keçdiyindən özlərini tam göstərə bilmədilər. Bir-iki epizodda fərqlənməyi bacardılar. Onlara ümidimiz böyükdür".
Baş məşqçi Maksim Medvedevin əvəzlənməsinin səbəbini də açıqlayıb: "Əzələsində yorğunluq hiss etdi. Oynaya bilərdi. Sadəcə, riskə getmək istəmədik".
Oxşar xəbərlər
44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək. BAKU.WS "oxu.a...