Qurban Qurbanov: "Sabahkı oyuna futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq"

Qurban Qurbanov: Sabahkı oyuna futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq
İdman 128

"Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq".

BAKU.WS xəbər verir ki, bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Kayrat"la keçiriləcək oyundan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.

"Bu oyunun vacibliyini düşünərək oynayacağıq. Əgər Konfrans Liqasında məğlubiyyətsizlik seriyasını davam etdiririksə, deməli, hər oyuna ciddi yanaşırıq. Sabahkı oyuna da futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq", - deyə "köhlən atların" baş məşqçisi vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər