Qurban Qurbanov: "Olimpiakos" "Qarabağ"la oyuna son şans kimi baxır"

Qurban Qurbanov: Olimpiakos Qarabağla oyuna son şans kimi baxır
İdman 58

"Rəqibə düzgün yanaşmalıyıq. Onların müsahibələrini oxuyuram, çox istəklidirlər. Bu oyuna son şans kimi baxırlar".

BAKU.WS xəbər verir ki, bu sözləri Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos" ilə oyundan öncə mətbuat konfransında deyib:

"Bu, onların oyuna ciddi hazırlaşmasından xəbər verir. Bizdə son günlərdə yorğunluq var idi. İnanıram ki, futbolçularım tam olaraq özlərinə gələcəklər və sabahkı matça hazır olacaqlar. Pireydəki oyunda hesab yaxşı idi. Yaxşı qollar vurduq. Amma oradakı hesab bizi aldatmalı deyil. Əsasən də məni və futbolçularımı. Xırda detalları futbolçulara çatdırmışıq. Səfərdə səhvlərimiz çox oldu. Oyuna sonradan baxanda buna tam əmin oldum. Ciddi rəqibə qarşı yaxşı oynamalı və ciddi hazırlaşmalıyıq", - deyə baş məşqçi bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər