Qurban Qurbanov "Qarabağ" - "Marsel" qarşılaşmasını dəyərləndirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bəlkə düşünə bilərik ki, arzuolunmaz rəqib düşdü. İlk bizim rəqibimiz bilindi. Amma futbolçularımızın böyüməsi üçün, Azərbaycana daha titullu komandaların gəlməsi üçün demişəm ki, futbolumuzun inkişafı üçün faydası olacaq.
BAKU.WS xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasını şərh edərkən bildirib. "Köhlən atların" çalışdırıcısı buna qədər də xeyli sayda güclü rəqiblərinin olduğunu qeyd edib, lakin bəzi oyunlarda məğlub olmalarına baxmayaraq futbolçularının layiqli oyun göstərdiyini vurğulayıb.
"Bu il məncə təcrübəmiz daha çoxdur. İnanıram ki, hələ iki ay vaxtımız var, rəqibi daha yaxından tanıyacağıq. Futbolçulara çalışacağıq ki, ən xırda detalı düzgün formada çatıdıraq və rəqibə qarşı layiqli mübarizə aparaq. Rəqibin adında çəkinməyəcəyik.
İnşallah inanıram ki, gələn il bizim başlanğıcda həm səfərdə, həm də evdə ən yaxşı oyunlarımız olacaq. Komandama güvənirəm. İnanıram ki, futbolçularım bu rəqibdən çəkinməyərək layiqli mübarizə aparacaqlar", - deyə Qurban Qurbanov bildirib.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Bərabərlik cavab matçında rəqibə inam verəcək"
"Bu gün sizlərə qələbəni hədiyyə etmək istəyirdik. Amma alınmadı. Futbolçular əziyyət çəkdi. Yaxşı müdafiə olunan rəqibə qarşı çıxış etdik". BAKU.WS "Report"a i...