Qurban Qurbanov: "Komandamız sonadək mübarizə apardı" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis pley-offda ilk qalibiyyətin komandanın böyüməsi üçün önəmli olduğunu bildirib: "Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür komandalara həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır".
Qurbanov yeni transferlərdən razı qaldığını söyləyib: "Onlara bir az vaxt lazımdır. İşlər pis getmir. Hamısı məsuliyyətli futbolçulardır".
Oxşar xəbərlər
Qurban Qurbanov: "Bu gün dinamik komandaya qarşı mübarizə apardıq"
Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə ilk oyundan sonra fikirlərini bildi...