Qurban Qurbanov hakimin qərarlarına etiraz etdi

Qurban Qurbanov hakimin qərarlarına etiraz etdi
İdman 242

"Əfsuslar olsun məğlub olduq. İlk dəqiqələrdə yaxşı başlamışdıq. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə bu hiss olunurdu. Rəqibi yaxşı analiz etmişdik. Bütün tapşırıqları yaxşı yerinə yetirirdik".

BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" oyunundan sonra açıqlama verib.

O, hakimin qərarına belə münasibət bildirib:

"Bu cür penalti nə dərəcədə düzgündür, bilmirəm. Zatən azlıqda qalmışdıq. Komandamdan xoşum gəldi. Bu komandaya qarşı müdafiə olmaq yox, hücumda olmaq istədik. İnanıram ki, belə hazırlaşsaq, qarşıdakı oyunlarda qalib gələcəyik. Belə turnirlərdə məğlubiyyət qaçılmazdır. İnanıram qarşıdakı oyunlarda yaxşı nəticələr olacaq".

Son xəbərlər