Qurban Qurbanov: "Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər"
Yeniliklərdən dərhal xəbərdar olun
Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini deyib:
"Baxımlı oyun alındı. Xüsusilə "Zirə" ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumilikdə pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Bunu görməyimiz yaxşı idi ki, qarşıda bu səhvlərin üzərində işləyək".
Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...