Qurban Qurbanov dünya çempionatında hansı milliyə azarkeşlik edəcək? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatının başlamasına 3 gün qalır. Qətərdə keçiriləcək çempionatın favoritləri ilə bağlı dünyanın məşhur futbolçuları proqnozlarını açıqlayırlar.
Maraqlıdır, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun favoritləri hansı komandalardır, hansı komandaya azarkeşlik edəcək?
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Qurban Qurbanov lent.az-a açıqlama verib.
Onun sözlərinə görə, dünya çempionatında mübarizə aparacaq güclü komandalar çoxdur:
“Buna görə də konkret olaraq komandalar arasında müqayisə aparmaq çətindir. Amma əvvəl də, indi də azarkeşlik etdiyim komanda İspaniya millisidir.
Dünya çempionatında da İspaniya komandasına azarkeşlik edəcəyəm”.
Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...