Qurban Qurbanov: “Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm…”

17
dek
2018
18:41
"Avropa klublarından ciddi bir təklifim yoxdur, olmayıb da. Açığı, bu barədə düşünmürəm”.BAKU.WS "Report”a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını Avropada davam etdirmək ehtimalına münasibət bildirərkən deyib.46 yaşlı mütəxəssis hazırda karyerasını Azərbaycanda davam etdirməyi üstün tutduğunu söyləyib: "Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, "Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm - bu düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. "Qarabağ”da 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm”.Qeyd edək ki, Q.Qurbanov bir müddət əvvəl paralel olaraq çalışdığı Azərbaycan millisinin baş məşqçisi postunu tərk edib.BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanov "Arsenal"la oyundakı təxribatdan danışdı: "Bunu yalnız qorxaqlar edə bilər"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal" komandası ilə oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib."Report"un Lon...
