Qurban Qurbanov: "Bütün futbolçular oyuna hazırdır"

Qurban Qurbanov: Bütün futbolçular oyuna hazırdır
İdman 61

"Bütün futbolçular hazırdır. Sadəcə Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər