Qurban Qurbanov: "Buraya böyük inamla gəlmişik"

Qurban Qurbanov: Buraya böyük inamla gəlmişik
İdman 60

"Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hər iki komandanın istəyi çoxdur: "Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər