"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu buraxacaq

Qarabağın kapitanı Ferentsvaroşla cavab oyununu buraxacaq
İdman 61

"Qarabağ"ın kapitanı Maksim Medvedev Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Oxşar xəbərlər

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və Kiprin AEL qarşılaşması başa çatıb. BAKU.WS xəbər verir ki, köhlən atlar rəqibi mi...

550 İdman 21:55 12 avqust 2021

Son xəbərlər