Qurban Qurbanov: "Bu rəqibə qarşı bütün komponentlərdə diqqətli olmalıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Çox vacib oyuna çıxaracağıq. Rəqibin açıqlamalarında görünür ki, inamlıdırlar. Qələbəyə ümid edirlər. Bu, onların özlərinə inamından irəli gəlir. Biz də istəkliyik. İlk matç Bakıda keçirilsə də, hər şey cavab oyununda həll olunacaq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyanın "Aberdin" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis rəqibə imkan verməməyə çalışacaqlarını bildirib: "Futbolçular "Aberdin"i yaxından tanıyırlar. Onlar son zamanlar daha çox istəklidirlər. Sabah meydanda mübarizə həddindən artıq çox olacaq. Nəinki baxımlı oyun. Rəqibə boşluqlar verməməyə çalışacağıq".
Təcrübəli baş məşqçi "Aberdin"in fiziki göstəricilərdə və standart vəziyyətlərdə çox yaxşı olduğunu söyləyib: "Topla davranmağı xoşlayır və rahat qol vurmağı bacarırlar. Heç nədən qol epizodu yaradıb fərqlənə də bilirlər. Bütün komponentlərdə diqqətli olmalıyıq. İnanıram ki, sabah bunu bacaracağıq".
Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı olmadığını xatırladıb: "Sabah ot örtüyü əvvəlkindən yaxşı olmayacaq. Çünki cəmi bir həftə keçib. Biz də çox istəyərdik ki, yaxşı meydanda oynayaq. Topla davranmaqda çətinlik çəkəcəyik. Amma rəqib hava mübarizələrində yaxşıdır. Bunun qarşısını almağa çalışacağıq".
Mütəxəssis hücumçu axtarışlarının davam etdiyini və bir neçə futbolçudan cavab gözlədiklərini vurğulayıb: "Cavablar müsbət və mənfi ola bilər".
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Bu mövzu həddindən artıq böyüyüb"
"Futbolçularımdan razı qaldım. Xeyli rotasiya etmişdik. Amma kifayət qədər qol epizodlarından istifadə edə bilmədik. Fərqli, meydanın hər qarışı uğrunda mübariz...