Qurban Qurbanov: "Bizi "Lex"lə çox çətin oyun gözləyir"
"Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis sabahkı matça hazırlaşmaq üçün vaxtlarının az olduğunu bildirib: "Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik".
O, "Lex"in fərqli futbol sərgilədiyini söyləyib: "Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. "Lex" meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq"
Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.
Oxşar xəbərlər
“Omoniya”nın baş məşqçisi: “Sabahkı matça barmaqarası yanaşmayacağıq”
“Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq”. BAKU.WS “Report”a istinadən xəbər...