Qurban Qurbanov: "Benfika" ilə matçda futbolçular ən yaxşı oyunlarını göstərəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu ilə keçiriləcək oyun ərəfəsində mətbuat konfransında çıxış edib.
BAKU.WS-in məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, bəzi səbəblərə görə qarşılaşmaya tam istədikləri kimi hazırlaşa bilməyiblər:
"Bu şəhərdə olmaq və belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq. Hazırlıq prosesində müəyyən çətinliklərimiz oldu. Amma yetərincə təcrübəmiz var. İnanıram ki, futbolçularımız ən yaxşı oyunlarını sərgiləyəcəklər. Çempionlar Liqasının əsas mərhələsində çıxış etmək hər bir futbolçunun arzusudur".
Qeyd edək ki, "Benfika" – "Qarabağ" görüşü sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...