Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb
Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə "Neftçi"nin "sükanı arxası"nda əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.
Oxşar xəbərlər
"Qızıl top" mükafatının favoriti müəyyənləşib
"France Football" jurnalı tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının favoriti açıqlanıb. BAKU.WS RB-Sport-a istinadən xəbər verir ki,...