Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb

Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb
İdman 1982
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib.BAKU.WS-in məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

Araz Abdullayev sport maşını ilə "avtoşluq" etdi - VİDEO

Araz Abdullayev sport maşını ilə "avtoşluq" etdi - VİDEO

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Araz Abdullayev paylaşdığı video müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, futbolçu sport avtomobi...

2080 Şou-biznes 14:33 18 oktyabr 2019

Son xəbərlər