Qurban Qurbanov 1 milyonluq maaşı ilə bağlı AÇIQLAMA VERDİ

Qurban Qurbanov 1 milyonluq maaşı ilə bağlı AÇIQLAMA VERDİ
İdman 10169
Azərbaycan yığmasının və “Qarabağ” klubunun baş məşçqisi Qurban Qurbanov mətbuat konfransında maaşı ilə bağlı açıqlama verib.BAKU.WS-in məlumatına görə, baş məşqçi ilinə 1 milyon maaş alacağı barədə suala belə cavab verib: “Maaşın məbləği məni o qədər də maraqlandırmır. Məni tanıyanlar bilir. Hədəfim Azərbaycan futboluna xidmət etməkdir. Maaşın nə qədər olması vacib deyil. Xalqımız, dövlət başçımız, AFFA rəhbərliyi tərəfindən mənə verilən qiymət aldığım maaşdan qat-qat çoxdur. Mənə daha çox maraqlı olan budur”, - deyə Qurban Qurbanov bildirib.Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, AFFA ilə 6 illik müqavilə bağlayan Qurban Qurbanovun illik qazancı 1 milyon manatdır.Qurban Qurbanovun komandası 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanarsa, məşqçi 200 min manat əlavə gəlir əldə edəcək.Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycanda illik qazancı 1,2 milyon avro idi.BAKU.WS

Oxşar xəbərlər

Qurbanovun milli komandadakı maaşı məlum oldu - 1 milyon manat

Qurbanovun milli komandadakı maaşı məlum oldu - 1 milyon manat

Azərbaycanın Futbol Federasiyası ilə 6 illik müqavilə bağlayan Qurban Qurbanovun illik qazancı məlum olub.BAKU.WS-in “Sportlife.az”a istinadən verdiyi məlumata...

2793 İdman 10:17 17 dekabr 2017

Son xəbərlər