"Qəbələ"nin ilk məğlubiyyəti, "Qarabağ" vahid lider oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son matçında "Qarabağ" "Qəbələ"nin qəbul edib. "Azersun Arena"da keçirilən mərkəzi qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hər 2 qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir hesabı açıb. 66-cı dəqiqədə isə Ramil Şeydayev görüşdə son nöqtəni qoyub. Bu, "Qəbələ"nin cari mövsümdə ilk məğlubiyyəti olub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Qırmızı-qaralar" isə 11 xalla 3-cü pilləyə geriləyib.
Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Neftçi" "Keşlə"ni darmadağın edərək 3-cü pilləyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ikinci oyun günündə son çempion "Neftçi...