"Qəbələ"dən ayrılan futbolçu İsrail klubu ilə müqavilə bağlayıb

Qəbələdən ayrılan futbolçu İsrail klubu ilə müqavilə bağlayıb
İdman 39

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Felipe Santos İsrailin "Makkabi" (Hayfa) komandasına keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən uğurla keçən braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Felipe Santos ötən ilin yayından “Qəbələ”nin formasını geyinirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər