"Qəbələ" I Liqada çempionluğu rəsmiləşdirib
25
apr
2025
21:27
"Qəbələ" Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib.
Bu, XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.
Bölgə təmsilçisi doğma meydanda "hərbçiləri" 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
Yeganə qolu Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən vurub.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb. Bu barədə BAKU.WS-ə AFFA-dan məlu...