"Qarabağ"ın yeni transfer hədəfi - Do - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubu müxtəlif mövqelərə futbolçu axtarışları aparır.
BAKU.WS-in məlumatına görə, "köhlən atlar" qış transfer pəncərəsində sağ cinah müdafiəçisi almaq niyyətindədir.
Belə ki, klubun maraq dairəsində 2019-cu ildən “Banqok Yunayted”in formasını geyinən Tristan Do da var.
Tayland millisində də top qovan Tristan Donun yaxın aylarda "Qarabağ"a transfer olunacağı gözlənilir.
Futbolçunun Almaniyanın nüfuzlu "transfermarkt" portalındakı dəyəri 250 min avrodur. İdman nəşri həmçinin "Qarabağ" klubu ilə futbolçu arasında danışıqların getdiyini qeyd edib.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...