“Qarabağ”ın yarım milyon avroya transfer etdiyi futbolçu ilk məşqinə çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın transfer etdiyi Portuqaliyanın “Çaveş” klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu ilk məşqə çıxıb.
Bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, Ağdam klubu 27 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyib.
İddiaya görə, “Qarabağ” “sambaçı”nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.
Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin “Atletiko Paranaense”, “Portimonense”, “Villa Nova” komandalarında, həmçinin Portuqaliya “Eştoril”ində çıxış edib. O, “Çaveş”in heyətində 76 oyuna 12 qol vurub.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ" hücumçu aldı - Braziliyalı artıq Bakıdadır
"Qarabağ" bu yay ikinci transferini gerçəkləşdirmək ərəfəsindədir. BAKU.WS qol.az-a istinadən xəbər verir ki, braziliyalı Olavia Viera dos Santos Junior (qısa a...