"Qarabağ"ın rəqibində Bakı səfəri öncəsi COVİD-19 aşkarlandı
09
avq
2021
19:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq Kiprin AEL komandası Bakı səfəri öncəsi koronavirus testi verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, futbolçulardan birinin analiz nəticəsi müsbət çıxıb. İnfeksiya aşkarlanan oyunçunun adı açıqlanmayıb.
Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" bərabərlik qolunu vurdu - YENİLƏNİB/ VİDEO
Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib. BAKU.WS xəbər verir ki...