"Qarabağ"ın rəqibi Fransa çempionatında növbəti oyununu keçirdi
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Fransanın "Nant" komandası çempionatda V turun oyununa çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Nant" səfərdə "Strasbur"un qonağı olub.
Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli forvardı Mustafa Məhəmməd matçda tarazlığı bərpa edib. Afrikalı futbolçu 85-ci dəqiqədə fərqlənib. Bu matçda "Nant"ın baş məşqçisi Antuan Kombuare 63-cü dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Nant" hazırda 6 xalla 11-ci pillədədir.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də IV turun oyununa çıxıb. BAKU.WS "Report"a istinadən xəb...