Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də IV turun oyununa çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rəqib "Tuluza" klubu olub. "Bojuar" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 15-ci dəqiqədə Zakariya Abuhlyal açsa da, Evann Gessand 50-ci, Mustafa Məhəmməd 55-ci və Moyzes Simon 61-ci dəqiqədə fərqlənərək, "Nant"ın çempionatda ilk qalibiyyətini təmin edib.
Bununla da Antuan Kambuarenin baş məşqçi olduğu kollektiv xalını 5-ə yüksəldib və 10-cu pillədə qərarlaşıb. Eyni xala malik "Tuluza" isə 9-cudur.
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Oxşar xəbərlər
“Neftçi”də yeni məşqçi TƏYİNATLARI
“Neftçi” Futbol Akademiyasında 2022/2023-cü illər mövsümündə çalışacaq məşqçilər müəyyənləşib. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsü...