"Qarabağ"ın qolunu saymayan hakim derbiyə təyinat aldı

Qarabağın qolunu saymayan hakim derbiyə təyinat aldı
İdman 1101

"Qarabağ"ın İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda Ağdam klubunun vurduğu qolu qeydə almayan xorvatiyalı FIFA referisi Fran Yoviç ölkəsində vacib oyuna təyinat alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 37 yaşlı hakim I Liqada "Hayduk" və "Osyek" komandaları arasında keçiriləcək derbi matçını idarə edəcək. Onun köməkçilərindən biri Ağdam klubunun "Bazel"lə oyununda yan xətt hakimi funksiyasını yerinə yetirmiş Luka Puşiç olacaq.

Qarşılaşma dekabrın 19-da keçiriləcək.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər