"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı - UEFA reytinqi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Liqasının qrup mərhələsinin dünən baş tutan qarşılaşmalarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.
BAKU.WS xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransa “Nant”ına qalib gələrək (3:0) daha 3 xal qazanıb.
Azərbaycanın 5 il ərzində ümumilikdə 15,125 xalı var və bu göstərici ilə Azərbaycan hələ də UEFA reytinq siyahısında 29-cu yerdədir.
Siyahıda xal hesabı ilə ölkəmizə ən yaxın rəqiblər Polşa və Slovakiyadır (hər biri 17 000). Qazaxıstan isə 12,625 xalla Azərbaycana yaxın mövqedədir.
Qeyd edək ki, ölkəmiz mövsümə 12.625 xalla başlayıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb - FOTO/VİDEO - YENİLƏNİB
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. BAKU.WS xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qəl...