“Qarabağ”ın qapıçısı Rusiya millisindən dəvət gözləyir
28
fev
2024
10:09
“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu 32 yaşlı qapıçı “Championat”a açıqlamasında deyib.
Lunyov yığmanın əsas heyət üzvü olmağı hədəflədiyini bildirib: “Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.
Qeyd edək ki, Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.
Oxşar xəbərlər
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə VİDEOMÜSAHİBƏ
“Qarabağ”ın və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev son illərdə ölkə futbolunda ən çox müzakirə edilən adlardan biridir. İstər mənfi, istərsə...