"Qarabağ"ın oyununda danimarkalı referi debüt edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Qarabağ" və Kiprin "Omoniya" klubları arasında UEFA Konfrans Liqasının qrup oyunu danimarkalı FIFA referisi Morten Krox üçün əlamətdar olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 33 yaşlı baş hakim karyerası ərzində ilk dəfə avrokubokların qrup matçında ədaləti təmsil edəcək.
Ona yan xətt hakimləri Nils Höq və Şteffen Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Burxardt yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" səfər oyununa qalibiyyətlə yollanır - YENİLƏNİB
UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ" və Şotlandiyanın "Aberdin" klublarının oyunu başa çatıb. BAKU.WS xəbər verir ki, oyun köhlə...