"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Cəbhədə həyatını itirənlərə başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi sabah çətin oyuna çıxacaqlarını söyləyib: "Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Kadi Borges: “Frayburq”la oyunun taleyini xırda detallar həll etdi” - MÜSAHİBƏ
“Fanatlar görüşdə önəmli rola malikdir. Elə məqam olur ki, tərəfdarların dəstəyi komandanı irəli getməyə sövq edir”. BAKU.WS xəbər verir ki, bu sözləri “Qarabağ...