"Qarabağ"ın keçmiş futbolçusunun acınacaqlı taleyi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda futbol üzrə milli çempionatda "Qarabağ", "İnter" və "Simurq" klublarında çıxış etmiş latviyalı futbolçu Andrey Rubins yoxsullaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Metta" futbol məktəbinin baş katibi Qirts Mixelsons "Twitter" səhifəsində yazıb.
O, sabiq futbolçunun dolanışığının çətin olduğunu yazıb və Rubinsə kömək etmək üçün onun bank hesabını yerləşdirib.
"Millidə parlaq bir karyeradan sonra onun həyatı heç də xoş deyil. Hazırda Andreyin yaşamaq üçün pulu yoxdur",-deyə Mixelsons yazıb.
Qeyd edək ki, 41 yaşlı Andrey Rubin 2008-2010-cu illərdə "İnter", 2010-2011-ci illərdə "Qarabağ" və 2011-2012-ci illərdə isə "Simurq"da top qovub.
->
Andrejs Rubīns šodien svin dzimšanas dienu. Sadzīve pēc spīdošas karjeras @kajbumba izlasē ir izvērtusies sūra. Vairāki @FutbolaVirsliga klubi un citi draugi sedza gūžas operāciju. Šobrīd mūsu Andrejs ir bez ikdienas iztikas līdzekļiem :(
— Ģirts Mihelsons (@girtsmihelsons) November 26, 2019
Varam iepriecināt - LV84UNLA0055000562933 https://t.co/CTOvFczDJf
Oxşar xəbərlər
Reynaldo yenidən "Qarabağ"da
Bu gün "Qarabağ" futbol klubu 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.BAKU.WS klubun saytına istinadən məlumat verir ki, 2013-2016-cı illərdə komandamızd...