“Qarabağ”ın Çempionlar Liqasındakı statistikası - İki göstəricidə liderdir
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində ən çox qol vuran klublardan biridir.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası 10 qolla ilk “3-lük”də yer alır.
Birinci pillədə Norveçin “Budyo Qlimt” (12 qol), ikinci yerdə isə İslandiyanın “Vikinqur” (10) qol klubları qərarlaşır.
Həmçinin ağdamlılar ən çox hücuma çıxan komandalar siyahısında da yer alıb. Komandamız bu göstəricidə 5-cidir – 52 hücum.
“Qarabağ” künc zərbələrinin sayında (30) və qayda pozmaqda (63) liderdir. Ağdamlılara qarşı isə 58 dəfə qayda pozulub ki, bu göstəricidə də komandamız 3-cüdür.
“Atlılar”ın qapıçısı Şahruddin Məhəmmədəliyev etdiyi seyvlərə görə 4-cü yerdədir. O, 6 dəfə komandasını qoldan xilas edib.
Həmçinin “Qarabağ”ın qapıçısı Kadi Borxes 4 qolla bombardirlik siyahısında 2-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...