"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi heyətini ispaniyalı futbolçu ilə gücləndirib
14
avq
2024
20:20
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Xorvatiya təmsilçisi "Dinamo" (Zaqreb) heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" xəbər verir ki, zaqreblilər ispaniyalı müdafiəçi Yan Oliverası 1 il müddətinə icarə əsasında sıralarına cəlb edib.
O, son mövsümü İtaliyanın "Roma" klubunun gənclərdən ibarət komandasının heyətində keçirib.
Qeyd edək ki, "Qarabağ"ın "Dinamo" ilə ilk görüşü avqustun 20-də səfərdə baş tutacaq. Cavab matçı isə avqustun 28-də evdə reallaşacaq.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB - 11
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da baş tutan...