“Qarabağ”ın Avropa Liqasındakı rəqibinin baş məşqçisi qərarını verib
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso qərarını verib.
İspan mütəxəssis daha 1-2 il hazırkı komandasında qalmağı planlaşdırır.
42 yaşlı çalışdırıcı Almaniyanın “Bavariya” və İngiltərənin “Liverpul” klubunun “sükanı arxası”na keçməyi düşünmür. Onun arzusu İspaniya nəhəngi “Real”a rəhbərlik etməkdir. Alonso “kral klubu”ndakı həmkarı Karlo Ançelottinin postundan gedişinə qədər Leverkuzen təmsilçisindəki işini davam etdirməyə hazırdır.
Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyununu martın 7-də evdə, cavab görüşünü isə 14-də səfərdə keçirəcək.//report
Oxşar xəbərlər
Arda Gülərlə bağlı ŞOK iddia - Sən demə ona Ançelottinin oğlu mane olubmuş - FOTO
Mövsümün əvvəlində La Liqa nəhəngi "Real Madrid"in heyətinə qatılan Arda Gülər zədəsini sağaltdıqdan sonra İspaniya nəhəngində oynamaq şansı qazanmağa başlayı...