"Qarabağ"dan ayrılan Lunyovun yeni klubu bəlli oldu

Qarabağdan ayrılan Lunyovun yeni klubu bəlli oldu
İdman 4259

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov tezliklə Moskva “Dinamo”sunun futbolçusu olacaq.

BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat verib.

Məlumata görə, tərəflər daha bir il uzadılmaq imkanı ilə iki il müddətinə müqavilə bağlayacaqlar. 2024/25 mövsümündə Lunyovun əmək müqaviləsində göstərilən bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə yeni klubunda 1,2 milyon avroya qədər pul qazana biləcəyi gözlənilir.

Rusiyalı futbolçu 2023-cü ilin yayında keçdiyi "Qarabağ"da 34 oyun keçirib. Bunun 10-u Avropa Liqasında baş tutub. Qapıçı klubla birlikdə çempionluq titulunu qazanaraq Azərbaycan kubokunun qalibi olub.

Son xəbərlər