"Qarabağ"da yeni hücumçu: "Kristal Pelas"ın yetirməsi ilə anlaşdı! - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" növbəti hücumçu transferini reallaşdırıb.
BAKU.WS Sport24.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda azad agent olan belçikalı vinger Ceyson Lokilo ilə anlaşıb.
"Kristal Pelas" yetirməsi olan 25 yaşlı futbolçu həm yarımmüdafiənin sağ cinahında, həm də hücumda çıxış edir. Konqo U-17-nin sabiq üzvünün son klubu Roterdam “Sparta”sı olub. Ceyson karyerası ərzində “Donasktr”, “Loryan”, “Qurnik”, ”İstanbulspor” kimi klubların şərəfini qoruyub.
Qeyd edək ki, "Transfermarkt" belçikalının transfer dəyərini 700 min avro göstərib.
Qalereya
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...